Müğənnilər Oksanaya qeyri-adi addım atdılar

Müğənnilər Oksanaya qeyri-adi addım atdılar

Müğənnilər Natəvan Həbibi, İlhamə Qasımova, ABD Malik, Elnur Məmmədov və Azad Şabanov rəqqasə Oksana Rəsulovaya həsr etdikləri "Bu gözəlin rəqsin bax" adlı mahnıya klip çəkdirilər. Bu barədə SİA-ya O. Rəsulovanın mətbuat xidməti məlumat verib. Artıq sözügedən mahnının klip çəkilişləri yekunlaşıb. Ekran işini O. Rəsulovanın qardaşı Anar Rəsulov çəkib. O, bu klipi bacısına hədiyyə edib.

Qeyd edək ki, "Bu gözəlin rəqsin bax" adlı bəstənin müəllifi gənc şairə Gülnar Hüseynovadır. O, mahnını rəqqasə Oksana Rəsulovanın Hindistanda keçirilən "İndias Best Cine Star Ki Khoj" yarışmasındakı qalibiyyətindən ilhamlanaraq yazıb. Bəstənin aranjimanı Nadir Nəğd Pula məxsusdur. Ekran işi təkcə Azərbaycanda yox, Hindistanda da nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə