Bu dəfəki hədəf Səidə Sultan oldu

Bu dəfəki hədəf Səidə Sultan oldu

Hər həftənin bazar günü aparıcı Humay Muxtarovanın təqdimatında yayımlanan "Meqa10" verilişinin qonaqları əməkdar artist Aybəniz Haşımova, aktyor Müşviq Şahverdiyev və İlkin Misgərli olub. SİA-nın verdiyi xəbər görə, verilişdə "Hazırda sənət, yoxsa şou-biznes gündəmdədir?" mövzusu müzakirə edilib. Qonaqların hər biri sənətin önəmli olduğunu söyləsələr də, şou-biznesin olmadığını deyib, gileyləniblər.

Veriliş zamanı sakinlər arasında mövzuyla bağlı sorğu aparılıb.

"My name is İntiqam" filmi barədə də söhbət açılıb. Müşviq və İlkin film barədə ətraflı danışıblar.

Bu həftənin plagiat rubrikasının qəhrəmanı müğənni Səidə Sultan olub. İfaçının "Məni dəli et" adlı mahnısının musiqisinin məşhur "Qaraçı qanı" serialının soundtraktı olduğu bəlli olub. Verilişin qonaqları da Səidəni plagiat bəstə oxuduğu üçün qınayıblar.

Nəzərinizə çatdıraq ki, "MEQA 10" verilişi hər həftənin bazar günü saat 22:00-dan, 23:00-dək Dünya TV-də yayımlanır.

"MEQA 10" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə