Sevilən serialda oynayan aktrisalar yenidən bir araya gələcəklər
"Fatmagülün suçu ne?" serialında bir araya gələn aktrisalar Əsra Dərmancıoğlu və Beren Saat yenidən eyni filmdə rol alacaqlar. SİA-nın verdiyi xəbərə görə, bu barədə Ə.Dərmancıoğlu açıqlama verib: "Bu dəfə kinoda çəkiləcəyik. 9 qadının hekayəsindən bəhs edən bir filmdə iştirak edəcəyik. Çəkilişlərə bu ayın axırı başlanacaq".
Aktrisa yeni rol aldığı layihələrdən də söz açıb: "Rejissor Ali Yorğancıoğlunun ekran həyatı verdiyi "Xəyalət dayı" filmində oynayacam. Orada aktyorlar Səttar Tanrıöyən, Canər Özyurdlu, Ülkü Duru da rol alıb. Digəri isə rejissor Birol Güvənin "Nərdivan adam" filmidir. İkisi də fevralda nümayiş olunacaq. Hər iki kino üçün həyəcanlıyam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB