Məşhur aktyor 20 il həbs cəzası alacaq

Məşhur aktyor 20 il həbs cəzası alacaq

Türkiyənin məşhur aktyoru Hakan Yılmaz məhkəmə qarşısına çıxarılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, aktyor narkotik maddələrin istifadəsi və satışında günahlandırılır.

Dövlət ittihamçısı aktyora 20 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Nəzərinizə çatdıraq ki, Hakan Yılmaz 2013-cü ildən narkotik maddələrin istifadəsində və satışında günahlandırılıb.

Məhkəmədə ifadə verən Hakan Yılmaz ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb: "Biz aktyoruq və gündəlik gərgin çəkilişlərdə oluruq. Narkotika istifadəçisinin bu qədər çətin işlərdə çalışması və 120 səhifə ssenari əzbərləməsi qeyri-mümkündür".

Qeyd edək ki, 6 avqust 2013 tarixində aralarında tanınmış simalar daxil olmaqla 53 nəfər İstanbul Narkotik İdarəsi təşkil etdiyi əməliyyat nəticəsində tutulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə