Reperin 2015 planları

Reper Qurd planlarından bəhs edib. SİA-ya açıqlama verən reper fikirlərini bizimlə bölüşüb: "Bildiyiniz kimi tez-tez kiçik məkanlarda konsertlər verirəm. Hətta rayonlarımıza belə gedirəm. Ancaq daha belə düşünmürəm. İstəyirəm ki, kiçik konsertlərə stop deyim və böyük məkanların birində sevənlərimin qarşısına çıxım. 2015-ci ildə bunu həyata keçirməyi planlaşdırıram. Xüsusi ilə qeyd edim ki, yeni mahnılar üzərində çalışıram. Tezliklə bəstələrimi dinləyicilərimin ixtiyarına verəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə