Bəstəkar-müğənni ata oldu

Bəstəkar-müğənni Arif Səlimov ata olub. Bu haqda SİA-ya ifaçının özü danışıb: "Çox sevincliyəm. Çünki ata olmuşam. Qızım dünyaya gəlib. Allah hamıya valideyn olmaq hissini nəsib etsin. Onu da deyim ki, anam yenicə dünyaya gələn qızıma şeir yazıb. Mən də həmin sözlərə mahnı bəstələyəcəm".

Həmin şeiri təqdim edirik:

Nənənin şəkər payısan

Bibinin görən göz bəbəyisən

Dördüncü nəvə payımsan,

Şükür səni yaradana, yaradana.

Bütün xəbərlər Facebook səhifəmizdə