3 məşhur bir araya gəldi

Bəstəkar və söz yazarı Günel Sərdarqızının yeni üç mahnısını dinləyicilərin ixtiyarına verib. Bu barədə bəstəkarın özü SİA-ya açıqlamasında bildirib: "Mahnılar "Çapkın kelebek", "Yok öyle dünya", "Təcrübə" adlanır. Hitlər Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimovanın qardaş ölkədə işıq üzü görən albomunda yer alıb. İradənin həmin albomundakı mahnılarını onun çalışdığı tanınmış əcnəbi şirkətin musiqi prodüserləri seçib. Mənim kimi bir çox azərbaycanlı bəstəkarlar həmin alboma daxil olmaq üçün bir çox mahnılar yollayıblar. Lakin çox sevindirici haldır ki, məhz mənim üç mahnım üzərində dayanılıb. Onu da deyim ki, İradənin albomunda mənim mahnılarımla yanaşı, məşhur türkiyəli müğənni və bəstəkar Sərdar Ortaç və Şəhrazatın mahnıları da daxil edilib".

Qeyd edək ki, G. Sərdarqızı Elnarənin ifasında "Gentleman", "Robot", "Ha ha", "Dayan" və bir çox bəstələrin müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə