Röya: “Pisimizi gözə soxub ucuzlaşmayaq”

Röya: “Pisimizi gözə soxub ucuzlaşmayaq”

Müğənni Röya Ayxan telekanallarla bağlı narazılıq edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı bu haqda sosial şəbəkədə yazıb: "Səhər telekanallarda "ağlaşma" başlayır və bu, gecəyədək davam edir. Eyni tipdə nə qədər verilişimiz var, bir baxın. Son vaxtlar mən maqazin proqramlarından da bu cür "ağlaşma" süjetlər gözləyirəm. Amma şükür, hələ ki, belə hal yoxdur. Bu ölkənin xoş günü, yaxşı adamı yoxdur? Bütün verilişlər xəstə körpə, namərd övlad, atılmış uşaqları göstərir. Bu, evimizdə böyüyən uşağa da ziyandır. Dövləti çarəsiz göstəririk. Hər ölkənin problemi var və buna görə efirdə bir veriliş olur, amma bizdə hansı kanalı açırsan, insanlar ağlayır. Unutmayaq ki, Azərbaycan gözəl ailələrin, namuslu insanların yurdudur. Pisimizi gözə soxub ucuzlaşmayaq. Arada bu xalqa ürəkaçan verilişlər hazırlayın ki, biz də musiqimizlə, zarafatlarımızla hamının problemini unutduraq".

Bütün xəbərlər Facebook səhifəmizdə