Müğənninin “Emin və dostları” adlı konserti baş tutdu VİDEO

Müğənninin “Emin və dostları” adlı konserti baş tutdu VİDEO

Müğənni-bəstəkar Emin Ağalarov "Emin və dostları" adlı konsert verib. SİA-nın verdiyi xəbərə görə, "Crystal Hall"da baş tutan konsertə rus estradasının tanınmış simaları Qriqori Leps, Ani Lorak, Stas Mixaylov, Svetlana Loboda, İrina Dubsova və Çarli Uiliams qatılıb. Emin gecədə öz mahnıları ilə yanaşı, sözügedən ifaçılarla birlikdə yeni duetlərini səsləndirib.

Konsertdə maraqlı anlar da yaşanıb. Belə ki, Emin xalq artisti Zülfiyyə Xanbabayeva ilə birgə mərhum Müslüm Maqomayevin "Azərbaycan" duetini oxuyublar.

Qeyd edək ki, ifaçı konsert zamanı sevənləri ilə söhbət eyməyi də unutmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə