Əməkdar artist Mətanət İsgəndərli "Danışmayacam" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib. SİA-nın verdiyi xəbərə görə, mərasimi aparıcı Kamran Quliyev idarə edib.
Əməkdar artist tədbirdə ekran işi haqqında "ağız dolusu" danışıb: "Klipi çox bəyəndim. Ekran işini Ceyhun Kərimov çəkib. Əvvəlcə başqa ssenari nəzərdə tutmuşduq. Ekran işi faciəvi formada sonlanacaqdı. Sonra fikrimi dəyişdim. İnsanları dəhşətə salmaq istəmədim. Maraqlı klipdir".
Qeyd edək ki, mahnının musiqisi Ruslan Səfəroğluna, sözləri Tağı Sadiqə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB