Xalq artisti İlhamə Quliyeva iki gündür Moskvadadır. SİA-nın verdiyi xəbərə görə, ifaçının oraya üz tutmasına səbəb klip çəkilişləri ilə bağlıdır: "Ekran işləri Ostankino telekanalının dəstəyi və müasir avadanlıqları ilə çəkilir. Rusiyanın ən nüfuzlu rejissorları, ssenaristləri, operatorları bu işə cəlb olunub. Kliplərin içərisində bir duet də var. Duet ortağımın adını isə klip tam hazır olandan sonra açıqlayacam. Kliplərin təqdimatını həm Moskvada, həm də Azərbaycanda keçirəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB