Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, 28 fevral tarixində Heydər Əliyev Saraynda caz musiqisinin əfsanəsi, amerikalı caz mügənnisi və dirijoru, on qat "Qremmi" mükafatı laureatı Bobby McFerrin və qrupunun konserti keçiriləcək.
Nəzərinizə çatdıraq ki, Manhattanda (New York), opera müğənnisi Robert McFerrin və müğənni Sarah Cooperin ailəsində anadan olub. Uşaqlıqdan musiqini sevən McFerrin ilk olaraq klarnet, sonradan fortepiano ifa etməyi öyrənməyə başlayıb. Musiqiçinin ilk albomu 1982-ci ildə çıxıb. Onun 1984-cü ildə çıxan növbəti albomu (The Voice), heç bir musiqi aləti olmadan yazılan ilk caz albomu olub. Bobby McFerrin, 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə "Grammi" mükafatına layiq görülmüş "Don't Worry, Be Happy" mahnısı ilə dünya şöhrəti qazanıb.
Qeyd edək ki, saat 20:00 –da başlayacaq konsertin biletləri 29-220 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB