Müğənni Röya Ayxan tamaşaçılarını sevindirəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçı Naxçıvanda solo konsert verəcək. Sənətçi bu haqda sosial şəbəkədə yazıb: "Mənim sevdiklərim, dekabrın 23-də Naxçıvanda Heydər Əliyev Sarayında mənimlə möhtəşəm konsertə hazırlaşın".
Qeyd edək ki, R. Ayxan həmçinin dekabrın 19-da və 20-də Bakıda Heydər Əliyev Sarayında "Sənə ehtiyacım var" adlı solo konsertlə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB