Türkiyəli müğənni İbrahim Tatlısesi öldürməyə cəhd edən şəxs barəsində məhkəmə qərar verib. SİA-nın verdiyi xəbərə görə, Tatlısesə silahlı hücum edən Abdullah Uçmak 36 il 6 ay, atıcı Ersin Altun isə 30 il 1 ay həbs cəzası alıb.
Xatırladaq ki, İbrahim Tatlıses 14 Mart 2011-ci ildə verilişlərin birinin çəkilişlərinə qatıldıqdan sonra assistenti Buket Çakıcı ilə İstanbulda beş nəfər tərəfindən silahlı hücuma məruz qalmış, başının sağ tərəfindən güllə yarası alaraq ağır yaralanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB