Fanatları müğənni üçün nələr etdi?

Fanatları müğənni üçün nələr etdi?

Türkiyənin tanınmış aktrisası Yonca Cövhər "Asmalı Konak" serialının çəkilişləri zamanı baş verən maraqlı hadisədən danışıb. SİA-nın verdiyi xəbərə görə, aktrisa çəkiliş zamanı serialın baş qəhrəmanı Özcan Dənizin fanatlarının etdiklərini unuda bilmədiyini deyib: "Bəzi qadın fanatlar üzlərini evin divarlarına sürtürdülər. Özcanın tutduğu qapı dəstəyini yalayırdılar. Bunları öz gözümlə görmüşəm. Bu dərəcədə fanatlıq ola bilməz. Gözlərimə inanmırdım. Donub qalmışdım. Hətta bir gün çəkiliş aparılan evdə qalmışdıq. Fanatlar təhlükəsizlik divarını qırıb keçmişdilər, qapıları yumruqlayırdılar. Nə edəcəyimizi bilmirdik".

Bütün xəbərlər Facebook səhifəmizdə