Uzun fasilədən sonra müğənni Rəhim Rəhimli dinləyicilərini sevindirib. SİA-nın verdiyi xəbərə görə, ifaçı "Olmaz" adlı yeni mahnısını təqdim edib. Bəstənin sözləri Azər Şirinə, musiqisi ifaçının özünə məxsusdur. Mahnı Tbilisidə gürcü musiqiçilər tərəfindən lentə alınıb. İfaçı aranjimanını Peke Bariokonun etdiyi "Olmaz" mahnısına klip də çəkdirəcək. Gələn həftə çəkilişləri başlanılacaq ekran işi rejissor Anar Hüseynova həvalə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB