Əslən azərbaycanlı olan Norveçdə yaşayan modelyer Şervin Nəcəfpurun Bakıda "Atropatena Fashion Night" adlı moda nümayişi baş tutub. SİA-nın məlumatına görə, "Addım Gənclər Təşkilatı"nın təşkilatçılığı ilə keçirilən gecədə modelyerin eksklüziv Bakı dəfiləsi üçün hazırladığı klassik və milli elementlərlə zəngin 30-a yaxın geyimi nümayiş olunub.
Gecəni giriş sözü ilə "Addım Gənclər Təşkilatı"nın sədri Hüseyn Cavadzadə açıb və gənc modelyerin yaradıcılıq üstünlüklərindən, diasporumuzda məhsuldar fəaliyyətindən və vətənpərvərliyindən danışıb.
Daha sonra Norveç Krallığının Bakıdakı konsulu Şerstin Agneta Valberq çıxış edərək layihə ilə bağlı müsbət fikirlərini bildirib.
Şervin Nəcəfpurun "Atropatena" sərgisi 20 dəqiqə ərzində davam edib və qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Nümayişin davamında 2014-cü ildə ölkəmizi "Eurovision" mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova musiqi proqramı ilə çıxış edib.
Qeyd edək ki, bu, daha əvvəl Avropa ölkələri və Türkiyədə müxtəlif moda dəfilələrində iştirak edən 24 yaşlı Şervin Nəcəfpurun Azərbaycanda ilk moda gecəsi idi.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB