Məşhur türk aktrisası filimimizdə rol alacaq

Məşhur türk aktrisası filimimizdə rol alacaq

Türkiyənin məşhur aktrisası Nəbahət Çehrə Azərbaycana gəlir. SİA-nın verdiyi xəbərə görə, aktrisanın Bakıya gəlməsinin səbəbi rejissor Vahid Mustafayevin 20 Yanvar hadisələri ilə bağlı lentə aldığı filmdə çəkilməsidir.

Noyabrın 22-də Azərbaycanda olacaq aktrisa media üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında brifinq keçirəcək.

Qeyd edək ki, Nəbahət Çehrə "Aşkı məmnu" və "Möhtəşəm yüz il" seriallarından məşhurluq qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə