Müğənni Ramal İsrafilov özündənrazı insanlardan söz açıb. SİA-ya açıqlama verən İsrafilov özündə bu kimi xasiyyətin qətiyyən olmadığını xüsusilə vurğulayıb: "Bir çoxları məni təvazökarlıqdan uzaq biri kimi tanıyır. Amma əslində elə biri deyiləm. Əsas odur ki, tamaşaçılar məndən razı qalsın. Xüsusi ilə qeyd edim ki, sadəliyə üstünlük verməyənlərin sayı çoxdur. Atalar yaxşı deyib: "Ağac bar verdikcə başını aşağa əyər. Mən də belə düşünürəm".
İfaçı şəxsi həyatından da söz açıb: "Yaxın günlərdə övladım dünyaya gələcək. Qızım olacaq. Amma hələ ki, ad düşünməmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB