Bayram Kürdəxanılıya hökm oxundu

Sabunçu Rayon Məhkəməsində həbsdə olan meyxanaçı Bayramqulu Quliyevin (Bayram Kürdəxanılı) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. SİA-nın verdiyi xəbərə görə, B. Kürdəxanılıya hökm oxunub. Hökmə əsasən, o, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, "Nilufər" şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə