Röyanı da parodiya edən tapıldı

Parodiyaçı Ceyhun Məmmədov bu dəfə müğənni Röya Ayxanı yamsılayıb. SİA-nın verdiyi xəbərə görə, Ceyhun parodiyasını sosial şəbəkədə paylaşıb. O, videosuna "Mən bu ölkədə nömrə bir aktyor olmasam, mənə nə deyirsiniz, deyin. Mənim kimi parodiya edən yoxdur" sözlərini yazıb.

Qeyd edək ki, Ceyhun bundan əvvəl xalq artisti Aygün Kazımovanı, əməkdar artist Elza Seyidcahanı parodiya edib.

Həmin görüntünü təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə