Ceyhun hansı həmkarını təriflədi?

Ceyhun hansı həmkarını təriflədi?

"Qala" qrupunun rəhbəri, müğənni Ceyhun Əliyev sənət aləmində ona dəstək olan həmkarından söz açıb. Bu haqda SİA-ya danışan Ceyhun həmin ifaçının adını da söyləyib: "Əməkdar artist Ədalət Şükürov "Qala" qrupu yaranandan mənə mənəvi dəstək olub. Qrupumla duetlər oxuyub. O, mənim böyük qardaşımdır. Ailəvi dostluğumuz da var. Xüsusilə qeyd edim ki, heç bir müğənnini onunla müqayisə etmərəm. Tanrı bundan sonra da dostluğumuzu davam etdirməyə imkan yaratsın".

Bütün xəbərlər Facebook səhifəmizdə