Doğuşla Xoşqədəm yenidən evlənəcək FOTOLAR

Doğuşla Xoşqədəm yenidən evlənəcək FOTOLAR

Türkiyə mətbuatı müğənni Doğuş və aparıcı Xoşqədəm Hidayətqızından yazıb. SİA-nın verdiyi xəbərə görə, İstanbulda olan cütlük restorana şam yeməyinə yollanıb. Yaxın dostlarının iştirakı ilə sadə mərasimlə nikah bağlayan Doğuş media nümayəndələrinin suallarını cavablandıraraq, özünə yenidən toy edəcəyini deyib: "Bu dəfə daha geniş olacaq. Demet Akalın toyumda yallı oynayacaq. Mənə söz verib".

Müğənni yaradıcılığından da danışıb: "Yeni bəstə hazırlamışam. Ona klip də çəkdirəcəm. Yeni albomumda həyat yoldaşım üçün yazdığım lirik bir mahnı da var. Bəyəniləcəyinə inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə