Sevgili olan cütlük artıq evləndi?

Sevgili olan cütlük artıq evləndi?

Müğənni Vüsalə Rəcova növbəti ekran işini təqdim edəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçı söz və musiqisi Rəşad Bağırova məxsus "Getmə" kompazisiyasını mini film şəklində təqdim edəcək. Çəkilişlər maraqla izlənilən "Fatih Harbiyə" serialındakı villada çəkilib. Rejissoru bu dəfə də Kənan MM olan mini filmdə xəyanət və qısqanclıq yenə ön plandadır.

Xatırladaq ki, ötən klipdə xəyanətin ardınca sevgilisini bağışlayan Vüsalə xanım Qafur bəydən aldığı evlilik təklifini bu dəfəki ssenaridə dəyərləndirir. İstanbulda özlərinə toy edən cütlük valideyn olmağa hazırlaşır. Amma yenə də xəyanət və qısqanclıq onların münasibətinə soğan doğrayır. Qafur bəy bu dəfə də bağışlanması üçün şans axtarır və dünyaya gələcək övladına aldığı beşik, xanımına hazırlatdığı gül dəstəsi ilə qapının önünüdə dayanır.

Qeyd edək ki, maraqlı və gərgin keçən çəkiliş prosesi bir həftəyə yaxın davam edib. Hələlik montaj mərhələsində olan ekran işi tezliklə tamaşaçılara təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə