“Polat Ələmdar”ın çənəsi qırıldı

“Polat Ələmdar”ın çənəsi qırıldı

"Kurtlar vadisi" serialında Polat Ələmdar rolunu canlandıran Necati Şaşmaz ağır yol qəzası keçirib. SİA-nın verdiyi xəbərə görə, aktyorun filmin növbəti seriyasının çəkilişləri zamanı idarə etdiyi avtomobil qəzaya uğrayıb. Qəza nəticəsində yaralanan Necati Şaşmaz xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsi zamanı məlum olub ki, aktyorun çənəsi sınıb. Necati Şaşmaz əməliyyata alınıb.

Qeyd edək ki, Necati Şaşmazın hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə