Meyxanaçı Ağamirzə şou-biznesdəki sənətçilərdən bəhs edib. SİA-ya açıqlama verən meyxanaçı vaxtının az olmasından da gileylənib: "Bir çox sənətçilərimiz mənə mahnı üçün müraciət ediblər. Lakin deyişmələrdən və toylardan digər işlərə vaxt ayıra bilmirəm. Ona görə də əksər sənətçilərin mahnılarına söz yazmağa zamanım olmur. Ancaq düşünürəm ki, ifaçıların bəzilərinin təkliflərini dəyərləndirib, işbirliyinə imza atmalıyam. Bildiyiniz kimi, məhərrəmlik ayıdır və el şənliklərimiz hələ ki, yoxdur. Odur ki, bu ərəfələrdə bir çox müğənnilərin təkliflərini qəbul edəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB