Müğənni arzularından danışdı

Adı qalmaqallardan yan keçməyən müğənni Vüqar Muradov maraqlı açıqlama verib. SİA-ya danışan ifaçı şou-biznesdəki söz-söhbətlərdən hər zaman uzaq olduğunu bildirib: "Dava-dalaşdan uzaq olan insanam. Mənim öz dünyam var. Sakitçiliyi sevirəm. Onu da deyim ki, mən özümü şou-biznesdə görmürəm. Çünki mən bu sənətə gələndə musiqiyə və sənətçiyə daha yüksək dəyər verildiyini düşünürdüm. Lakin sənətə gələndən sonra anladım ki, heç də belə deyil. Əksinə musiqini ucuzlaşdırıblar. Ona görə fikirləşirəm ki, ailə qurandan sonra iş adamı olum və səhnədən uzaqlaşım".

Bütün xəbərlər Facebook səhifəmizdə