Türkiyəli müğənni Gülbən Ərgən "Propaqanda" adlı yeni seriala çəkilir. SİA-nın verdiyi xəbərə görə, vaxtilə baş rollarda Kamal Sunal və Mətin Akpınarın çəkildiyi filmin əsasında hazırlanan ekran işində müğənni ilə yanaşı, Tamər Qaradağlı və Sərkan Atar da yer alacaq. Serialın rejissoru Sinan Çətindir.
Yumor janrında çəkiləcək ekran işi 2015-ci ilin fevralında "Star TV"-də nümayiş olunacaq. Aktyor T.Qaradağlının motosiklet qəzası hələ ki, çəkilişləri təxirə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB