Türkiyənin tanınmış rok ifaçısı Teoman ailəsi ilə barışıb. SİA-nın verdiyi xəbərə görə, 2012-ci ildə tələbə yoldaşı Ayşə Qaya ilə ailə quran, bir il sonra isə Zeyno adlı qızı dünyaya göz açan müğənni xanımından boşanmaq qərarına gələrək, evi tərk etmişdi. Lakin hələ bir yaşı tamam olmayan qızının xəstələndiyini eşidən Teoman evinə qayıdıb.
Yaxınları onun həyat yoldaşı Ayşə Qaya ilə çox səmimi davrandığını və yenidən barışa biləcəklərini düşünürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB