Türkiyəli rəqqasə Asena gecə məkanlarının birindən oğlan dostu ilə çıxarkən jurnalistlərin fotokameralarına tuş gəlib. SİA-nın verdiyi xəbərə görə, yanındakı oğlanın sevgilisi olub-olmadığını öyrənmək istəyən media nümayəndələri Asenanın maraqlı cavabı ilə qarşılaşıblar. Belə ki, rəqqasə axmaq olmadığını deyib: "Mən bura sevgilim ilə gələcək qədər axmağam? Məktəb yoldaşımdır. Həyatımda heç kim yoxdur. Uşaqlığımdan bəri çalışıram. Atama, nənəmə və 12 nəfərlik qrupuma baxıram. Xüsusilə diqqətinizə çatdırım ki, pulu olmayan adamla birlikdə ola bilmərəm. Namizədlərimin də gəlirlərini öyrənəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB