Məşhur "O səs Türkiyə" yarışmasına bu dəfə həmyerlimiz Əsgər Bağıri iştirak edib. SİA-nın verdiyi xəbərə görə, İbrahim Tatlısəsin "Haydi söylə" mahnısını oxuyan Əsgər münsiflərin rəğbətini qazanıb. Ebru Gündeşin komandasında yarışmağı seçən həmyerlimiz müğənninin Aşıq Ələsgərin yaradıcılığından bir parça səsləndirməsindən sonra həmin şeiri mahnı şəklində oxuyub.
Qeyd edək ki, yarışmanın münsif kürsüsündə Ebru Gündeş, Məzhər və Özkan, Hadisə, Gökhan Özoğuz əyləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB