Kərim Abbasov dəqiqəsi 1000 manata oynayır?

Kərim Abbasov dəqiqəsi 1000 manata oynayır?

Müğənni Roza Zərgərli həmkarı Kərim Abbasovdan söz açıb. SİA-ya açıqlama verən sənətçi sözügedən ifaçının rəqs etməsini çox bəyəndiyini dilə gətirib: "Kərimi çox istəyirəm. Onun rəqsi mənə çox xoş gəlir. Hətta demişəm ki, 15 dəqiqə oynamağına 15 min pul verəcəm. Kərimdən başqa rəqs etməyi bacaranlar arasında Emil Bədəlovun, Fatimə Fətəliyevanın, "Şarm" qrupunun adını çəkə bilərəm. Onu da deyim ki, son 2 ildir ki, rəqs etmirəm. Çünki ayağımda problem var. Hətta ayağıma görə idman belə etmirəm. Hazırda müalicə alıram".

Bütün xəbərlər Facebook səhifəmizdə