Müğənni: “Həyat yoldaşım olacaq qadın asta səslə danışmalıdır”
Müğənni Elnar Xəlilov şəxsi həyatı ilə bağlı bir çox məqamlardan söz açıb. SİA-ya açıqlama verən sənətçi yenidən ailə qurmaq istəmədiyini bildirib: "Bildiyiniz kimi, 5 il Moskvada yaşadım. Artıq vətənə dönmüşəm. Oraya yenidən qayıtmaq fikrim yoxdur. Çünki burda alqışlayanım var. O alqış da mənə xoş gəlir. Moskvada mənə aid olan ancaq oğlum var. Onu da böyüyəndən sonra yanıma gətirəcəm. Ancaq yenidən ailə qurmağı düşünmürəm. Çünki sevgidən küsdüm. Bəlkə bir müddətdən sonra özümə uyğun xanım qarşıma çıxa bilər. Mənim həyat yoldaşım olacaq qadın asta səslə danışmalıdır. Bir sözlə, xasiyyəti və görkəmi mənə uyğun olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB