Deniz Sekinin yeri məlum oldu

Türkiyənin məşhur müğənnisi Deniz Seki ortaya çıxıb. SİA-nın verdiyi məlumata görə, həbs cəzası dəqiqləşən Deniz Seki Yunanıstanın Mykonos adasında 5 min avroya kirayə ev tutub. Hətta müğənnini görənlər də bu xəbəri təsdiqləyiblər. Belə ki, sənətçinin ilk olaraq Bodruma, daha sonra isə Mykonos adasına keçdiyi bildirilir.

Qeyd edək ki, Deniz Seki 4 aydır rəfiqəsi ilə bir evdə yaşayır. Çölə çıxdığı zaman isə tanınmamaq üçün eynək və papaq qoyduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə