Müğənni Vüqar Murad sevənlərinə yeniliklər etməyə hazırlaşır. Bu haqda SİA-ya ifaçının özü məlumat verib: " "Səni sevdim" adlı yeni lirik mahnı hazırlayıram. Musiqisi mənə, sözləri şair Zahir Abbasa aiddir. Eyni zamanda ritmik və məzəli bəstəm də işıq üzü görəcək. Bu mahnının da musiqisi mənə, sözləri Mikayıl Güləddinoğluna məxsusdur. Mahnının adı "Qıdıqlama məni, qıdığım gəlir" adlanır. Yaxın günlərdə mahnılarımı dinləyicilərimə təqdim edəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB