Əlinə mikrofon alıb oxuyub-oynayan müğənnilər, bu gün ömrünü elm öyrənməyə həsr edən insanlardan dəfələrlə çox qazanırlar. SİA-nın verdiyi məlumata görə, onlar bir gündə ən çoxu 10-15 min manat, ən azı isə 5-3 min manat qazanc götürürlər. Hətta elə ifaçılar var ki, bir günə 10-15 min manat qazanmaq üçün onun bütün toyu idarə etməsinə ehtiyac yoxdur. Çünki onun yarım saatının qiyməti elə 5-10 min manatdır. Həmin sənətçi bir gün ərzində 5 toyda yarım saat görünməyinə görə fantastik məbləğ, başqa sözlə 25-50 min manat qazanır.
Məsələ ilə əlaqədar olaraq Vergilər Nazirliyindən müğənnilərin vergi ödəməsi ilə bağlı münasibət öyrəndik: "Hazırda Vergilər Nazirliyində qeydiyyatda vergi ödəyicisi sırasında 3210 nəfər şou-biznes nümayəndəsi var. Lakin onların 650- nəfəri vergi ödəyir. Vergilər Nazirliyi vergi ödəməyən tanınmışlarla bağlı müntəzəm olaraq maarifləndirmə və nәzarət tədbirləri həyata keçirir. Vergilər Nazirliyi həm şadlıq evlәri, həm də musiqi xidməti göstәrən şəxslərlə müvafiq izahat işlәri aparır, vergidәn yayınan müğənnilərə xəbərdarlıqlar göndərir. Ancaq təəssüflər olsun ki, bu fəaliyyət sahiblərinin vergi öhdəliklərinə tam və könüllü əməletmə səviyyәsi qənaətbəxş deyil və vergi orqanlarında qeydiyyatda olan ödəyicilərin bir qismi dövlət büdcəsinə ödәməli olduqlarından xeyli az vergi ödәyirlər. Büdcədən yayındırılmış vergi məbləğinin həcmindən asılı olaraq belələrinə qarşı müvafiq inzibati tədbirlər görülür. Kimin hansı dərəcədə məşhurluğundan asılı olmayaraq, vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir. Buna məhəl qoymayanlar ciddi sanksiyalarla üzləşəcək, həmçinin məsuliyyətə cəlb ediləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB