Müğənni peşman oldu FOTOLAR

Müğənni Gülben Ergen etdiyi hərəkətə görə peşman olub. SİA-nın verdiyi məlumata görə, yenicə ailə həyatı qurmuş sənətçi balayı yerinə Həcc ziyarətinə gedib. Müğənni Həcc ziyarətindən olan şəkillərini sosial şəbəkələrdə paylaşıb. Şəkillər cəmiyyət içərisində böyük maraq doğurub. Gülben Ergen kanalların birində bu haqda danışıb: "Gərək şəkilləri sosial şəbəkədə paylaşmazdım. Çünki Həccə getməyim jurnalistlər tərəfindən çox qabardıldı. Mən müqəddəs torpağa reklam olsun deyə getməmişdim. Sadəcə olaraq o an çox xoşbəxt idim və bunu da sevənlərimlə bölüşmək istədim".

Bütün xəbərlər Facebook səhifəmizdə