"Bozbash Pictures" serialından "Şirin" obrazı ilə yaxşı tanınan Nicat Rəhimov yeni apardığı "Şirin çay" adlı verilişindən söz açıb. SİA-ya açıqlama verən Nicat özünü teleaparıcı hesab etmədiyini də etiraf edib: " "Şirin çay" adlı yeni lahiyəmdə şou yaradaraq tamaşaçıları cəlb etməyə çalışıram. Eyni zamanda verilişə tanınmış simalar dəvət edirəm. Onu da deyim ki, hər kəsə bəllidir mən aktyoram. Heç vaxt aparıcılıq etməmişəm. Ancaq aparıcılıq peşəsində yaxşı bilmədiyim məqamları dostum, həmkarım, teleaparıcı İlkin Həsənidən öyrənirəm. Onun fikirləri mənim üçün çox önəmlidir".
Nicat "Bozbash Pictures" serialından da danışıb: "Adıçəkilən serialın kinosu hazırlanır. Yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB