Müğənni Günel Zeynalova türkiyəli həmkarı İbrahim Tatlısesdən danışıb. SİA-ya açıqlama verən ifaçı sözügedən sənətçiylə küsülü olmadığını söyləyib: "İbrahim bəylə hazırda münasibtlərimiz çox yaxşıdır. Sadəcə olaraq son zamanlar onunla görüşə bilmirəm. Buna səbəb işlərimin çox olmasıdır. Eyni zamanda mən Azərbaycandayam. Bəziləri deyir ki, guya İbrahim Tatlıseslə aramızda soyuq küləklər əsir. Tamaşaçılarımıza məsləhət görərdim ki, belə məlumatlara inanmasınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB