Türkiyənin sevilərək izlənilən "Kurtlar vadisi pusu" serialının həm prodüseri, həm də baş rol aktyoru olan Necati Şaşmazdan yeni xəbər var. SİA-nın verdiyi məlumata görə, Hollivud ulduzları Sharon Ston və Andy Garcia 8 il əvvəl "Kurtlar vadisi pusu" serialında rol alıblar. Həmin ərəfədə Polat Alemdarı canlandıran Necati Şaşmazla Sharon Stone öpüşmə səhnəsi böyük maraq dairəsinə səbəb olmuşdu. "Kurtlar vadisi pusu"ya yenidən qayıdan Andy Garciandan sonra Sharon Stonenin də təkrar Şaşmazla kamera qarşısına keçəcəyi haqda şayiələr yayılıb. Lakin bu fikirlər Necati Şaşmazın həyat yoldaşı Nagehan Kaşıkçının böyük qısqanclığına səbəb olub. Nagehan Kaşıkçı həyat yoldaşının Sharon Stone ilə yenidən eyni səhnədə yer almasını qəti şəkildə istəmir. Hətta Kaşıkçı Necati Şaşmazın Sharon Stone ilə olan bütün kadrlarını internet saytlarından sildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB