Xalq artisti Aygün Kazımovanın Türkiyədəki evində əxlaqsızlıq yuvası açdığı barədə xəbərlər yayılıb. SİA-nın verdiyi məlumata görə, bu haqda Türkiyə mətbuatında da məqalələr yer alıb. Qeyd olunub ki, Aygün Kazımovanın Türkiyədəki evində stilist Anarın model adı ilə gətirdiyi qızlar 1000 dollar müqabilində satılır.
Azərbaycan verilişlərinin birində aparıcı Aytən Səfərova məsələ ilə əlaqədar olaraq xalq artisti ilə əlaqə saxlandığını və bu xəbərdən Aygünün özünün belə şokda olduğunu bildirib. Canlı efirə qoşulmaq istəməyən Aygün Kazımova Türkiyədəki evində çoxlu sayda kameraların olduğunu, evinin daima nəzarətdə saxlanıldığını, icazəsiz heç kimin mənzilə daxil ola bilməyəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB