Bakıda, Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə "Türkiyə Caz Festivalı" nın ikinci günü baş tutub. SİA-nın verdiyi xəbərə görə, bu dəfə səhnəyə Türkiyənin məşhur caz ifaçısı Senem Diyici çıxıb.
Diyici konsertində bir-birdən dəyərli caz musiqilərini ifa edib. Fərqli caz tərzi ilə, Azərbaycan tamaşaçılarına unudulmaz gecə yaşadan, Senem Diyicinin musiqisevərlər ayaqüstə alqışlayıblar. Diyicinin konsertinə, Azərbaycanın tanınmış kamança ifaçısı Munis Şərifov da dəvət edilib.
Konsert zamanı Senem Diyici, Oya Ergünü səhnəyə dəvət edərək ondan, Azərbaycan mahnısı ifa etməsini istəyib. Onlar birgə Azərbaycan xalq mahnısı oxuyub.
Qeyd edək ki, oktyabr ayının 10-16-dək davam edəcək "Türkiyə Caz" festivalı çərçivəsində, Türkiyədən bir çox tanınmış caz ustaları, Azərbaycana gələcək. Onlar arasında Şenay Lamdaoğlu, Evrim Demirel Ensemble və başqaları var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB