Günel toyunda 2 gəlinlik donu geyinəcək

Günel toyunda 2 gəlinlik donu geyinəcək

Müğənni Günel Zeynalova şəxsi həyatından danışıb. SİA-nın verdiyi xəbərə görə, bu haqda verilişlərin birində söz açan sənətçi toyunda 2 dənə gəlinlik donu geyinəcəyini açıqlayıb: "Bildiyiniz kimi nişanlıyam. Lakin toyumun tarixi hələ ki məlum deyil. Amma onu deyə bilərəm ki, toyumda 2 dənə gəlinlik donu geyinməyi nəzərdə tutumuşam. Birini tikdirdəcəm, gigərini isə alacam. Hər iki paltarımın sadə olmasını istəyirəm. Ümumiyyətlə el şənliyimin maraqlı olması üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, sənətçinin nişanlısı İnanc Başəyməz iş adamıdır. O, Türkiyədə orta məktəbdə Günellə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyununda nişanlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə