Oksana media mənsublarını başına cəm etdi

Oksana media mənsublarını başına cəm etdi

Bu gün rəqqasə Oksana Rəsulova media mənsublarını başına toplayıb. SİA-nın verdiyi xəbərə görə, rəqqasə jurnalistlərə yeni klipini təqdim edib. Eyni zamanda Hindistanda qalib olduğu layihədən də söz açıb: "Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərini seçərək hind dilindəki "Leyli və Məcnun"u mix edib, "Atəşgah" məbədində lentə aldırdım. Klipin rejissoru Kənan Musayevdir. Bu ekran işini dünyasını dəyişmiş tələbəm Gülarə Həsənovaya həsr etmişəm. Onu da deyim ki, Hindistandakı yarışmada iştirak etməmişdən öncə bu klipimi lentə aldıraraq müsabiqəyə təqdim etdim. Hazırda sizə nümayiş etdirdiyim ekran işinə görə, yarışmaya qatılaraq birinci oldum. Ümid edirəm ki, ekran işim tamaşaçılar tərəfindən də bəyəniləcək".

Qeyd edək ki, tədbirin sonunda rəqqasə fanatları ilə görüş keçirib. Sevənləri də Oksananı yeni işlərinə görə təbrik edərək, ona hədiyyələr veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə