Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda keçiriləcək "Türkiyə Caz Festivalı" çərçivəsində "Türkiyədə Caz" adlı filmin təqdimatı olacaq. SİA-nın verdiyi xəbərə görə, "Türkiyədə Caz" filmin rejissoru Batu Akyoldur. Çəklişinə 2011-ci ildə başlanılan "Türkiyədə Caz" kinosu şifahi tarixə söykənən, Türkiyə cazının inkişaf yolundan bəhs edən ilk sənədli filmdir. Təxminən 50 adam ilə reallaşan reportajdan yığılan "Türkiyədə caz" hekayəsi, xronoloji sənədli kino kimi qiymətləndirilir.
Qeyd edək ki, "Türkiyədə Caz " filminin təqdimatı oktyabr ayının 13-də, saat: 20:00-da baş tutacaq. Filmi izləmək istəyənlər üçün giriş sərbəstdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB