Dünya ulduzu gizli evləndi FOTOLAR

Dünya şöhrətli müğənni Ledi Qaqa konsert vermək üçün Hamburqa gedib. SİA-nın verdiyi xəbərə görə, alqışlarla və böyük bir coşqu ilə qarşılanan pop ulduz fanatları ilə şəkillər çəkdirib. Sənətçinin geyimləri gözdən qaçmayıb. Qara libas geyinən Ledinin burnundakı gözşəkilli pirsinq xüsusi diqqət çəkib.

Bu arada, L.Qaqanın "Vampir gündəlikləri" serialındakı rolu ilə tanınan aktyor Teylor Kinni ilə ailə qurmağa hazırlaşdığı deyilir. Bu haqda Teylorun həmkarı, aktrisa Sofiya Buş məlumat verib.

O, İnstaqramda T.Kinniylə şəklini paylaşaraq "Bu nişan üzüyü onundur, rekvizit deyil" sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə