Aktrisanın qardaşını öldürmək istədilər

Aktrisanın qardaşını öldürmək istədilər

Türkiyəli model və məhşur aktrisa Cansu Dərənin qardaşı Ardanın başına iş gəlib. SİA-nın verdiyi məlumata görə, Arda İzmirdə silahlı hücuma məruz qalıb. Ayağından yaralanan Arda Dərə təcili olaraq xəstəxanaya çatdırılıb. Sahibi olduğu avtomobil icarəsi şirkətindəki şərikinin bazara küllü miqdarda borcu olması Ardaya problem yaradıb.

Müxtəlif hədələyici zənglər qəbul edən Arda Dərə evinin qarşısında Hakan adlı şəxslə görüşüb və onun avtomobilinə əyləşib. Maşının içində Ardayla Hakan arasında insident yaşanıb. Bu zaman həmin şəxs Ardaya silah çəkib. Hakan atəş açaraq onu sağ ayağından yaralayıb. Yaralını yol kənarına atan şübhəli avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Hazırda polis Hakan adlı şəxsin axtarışındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə