Bəstəkardan yenilik

Birləşmiş Ərəb Əmrlikləri Mədəniyyəti Mərkəzinin noyabr ayında möhtəşəm açılış mərasimi keçiriləcək. Mərkəzin rəhbəri, bəstəkar Tural Bayraməliyev bir sıra tədbirlər və layihələr vəd edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, açılışın ardınca I mugam festivalına start veriləcək. Dubayda nəzərdə tutulan festivalda peşəkar muğam ifaçılarının səsi eşidiləcək. Bunun ardınca, festival çərçivəsində rəsm əsərlərindən ibarət sərginin nümayişi də nəzərdə tutulub.

Açılışa Azərbaycanın bir sıra ziyalı, ictimai xadimlər dəvət olunacaq. BƏƏMM-nin rəhbəri açılışın və festivalın mötəbər məkanların birində təşkil ediləcəyini bildirib. Onun sözlərinə görə, festival davamlı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə