Serbiya “Eurovision” mahnı müsabiqəsinə qayıdır

Serbiya “Eurovision” mahnı müsabiqəsinə qayıdır

Serbiya "Eurovision-2015" mahnı müsabiqəsində təmsil olunacaq. SİA-nın verdiyi xəbərə görə, Serbiya ifaçısı üçün mahnını ölkəni bu yarışmada 2007-ci ildə yazdığı "Molitva" mahnısı ilə qalib etmiş Vladimir Qraiç bəstələyəcək. Bəstəkarın sözlərinə görə, o, üç müxtəlif ifaçı üçün ayrılıqda mahnılar yazacaq.

Nəzərinizə çatdıraq ki, Serbiya "Eurovision" mahnı müsabiqəsində sonuncu dəfə 2013-cü ildə təmsil olunub.

Qeyd edək ki, Avstriyanın Vyana şəhərində keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə