Aşıq Samirə 33 yaşını qeyd edir

Bu gün Aşıq Samirənin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, sənətçi sosial şəbəkədə uşaqlıq fotosunu paylaşaraq, təəssüratlarını yazıb: "1981-ci ildə Bakı şəhərində dünyaya göz açdım. Bir Allahımın, bir də anamın dayağı, köməyi sayəsində Aşıq Samirə kimi hər zaman seçildim. Bu günə kimi az bəlalı günlər yaşamadım. Amma heç zaman sınmadım, yıxılmadım. Üzümün gülüşünü sizlərdən əskik etmədən yalnız irəli addımladım. Elə bilməyin ki, güclüyəm. Bütün bunları mənə öyrədən anamdır. Anam, hər ad günümdə yanımda olasan".

Qeyd edək ki, ifaçının 33 yaşı tamam olur.

Bütün xəbərlər Facebook səhifəmizdə